Ulduz futbolçu “Əl-Hilal“da ildə 20 milyon avro qazanacaq

Tarix :
Ulduz futbolçu “Əl-Hilal“da ildə 20 milyon avro qazanacaq

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Latsio"nun futbolçusu  Sergey Milinkoviç-Saviçi transfer edib. 
Bu barədə klubun saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 
Bu transfer üçün "Əl-Hilal" İtaliya təmsilçisinə 40 milyon avro təzminat ödəyib. Serbiyalı oyunçu yeni klubunda ilinə 20 milyon avro qazanacaq. 
Qeyd edək ki, Saviç 2015-ci ildən "Latsio"da oynayırdı.