Rus general işdən çıxarıldı

Tarix :
Rus general işdən çıxarıldı

Rusiya Cənub Hərbi Dairəsinin 58-ci Əlahiddə Ümumqoşun Ordusunun komandiri general-mayor İvan Popov xidmətdən uzaqlaşdırılıb. 
Bu barədə Popov özü məlumat verib. 
Generalın sözlərinə görə, onunla yüksək vəzifəli şəxslər arasında çətin vəziyyət yaranıb. O, problemləri açıq şəkildə bildirdiyi üçün işdən çıxarıldığını deyib. 
Onun yerinə general-leytenant Denis Lyamin təyin edilib.