
Türkiyəli müğənni İbrahim Tatlısesin 13 yaşlı kino ulduzu Beren Gökyıldızın çəkisi ilə bağlı dediyi sözlər gündəm olub.
İfaçının Berenlə bağlı fikirləri həm sosial şəbəkə izləyiciləri, həm də şou-biznes nümayəndələri tərəfindən sərt qarşılanıb.
Tatlıses Berenin fotosuna “5-6 kilo verməlisən. Onda yanaqlarının şişi də çəkiləcək. Bu gözəl qızı Ankarada kababçıda görmüşdüm. Kababa düşkünlüyü çox çəkməz, inşallah” sözlərini yazıb.
Onun bu şərhi birmənalı qarşılanmayıb.
