Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Liverpul“ üçün 4,9 milyard avroluq təklif

Tarix :
“Liverpul“ üçün 4,9 milyard avroluq təklif

"Dubai International Capital" fondu "Liverpul"u satın almaq istəyir.
Bu barədə "Mirror" məlumat yayıb. Şirkət klub üçün təxminən 4,9 milyard avro təklif edir. Xəbərdə o da bildirilir ki, sözügedən ərəb şirkəti 2007-ci ildə artıq "Liverpul"u almağa çalışıb. Lakin onların 300 milyon avrodan bir qədər artıq məbləğdə təklifləri rədd edilib.
Xatırladaq ki, daha əvvəl “Fenway Sports Group”un rəhbəri və “Liverpul”un sahibi Con Henri klubu satmağa hazır olduğu məbləği açıqlamışdı. Amerikalı iş adamı 4,6 milyard avroya klubla yollrı ayırmağa hazırdır. Con Henri 2010-cu ildə "Liverpul"u alıb. Onun dövründə klub Çempionlar Liqasının (2019), İngiltərə Premyer Liqasının (2020), UEFA Super Kubokunun (2019), İngiltərə Kubokunun (2022) qalibi olub.