Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Tokayev TDT-nin sammitində iştirak etmək üçün Səmərqəndə səfər edəcək

Tarix :
Tokayev TDT-nin sammitində iştirak etmək üçün Səmərqəndə səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının sammitində iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanın Səmərqənd şəhərində işgüzar səfərdə olacaq.

Qazaxıstan mətbuatı xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları Türk Dövlətləri Təşkilatı çərçivəsində ticari-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçirəcəklər.

Tokayevin sammit iştirakçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.