Tovuzda bir ailənin 3 üzvü qarpızdan zəhərləndi

Tarix :
Tovuzda bir ailənin 3 üzvü qarpızdan zəhərləndi

Tovuzda zəhərlənmə faktı qeydə alınıb. 
APA məlumat verir ki, hadisə Dondar Quşçu kəndində baş verib. 
1990-ci il təvəllüdlü Xəyal Məhərrəmov, 1994-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 2014-cü il təvəllüdlü Gülay Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə onlar qarpız yedikdən sonra zəhərləniblər.