Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rəşadın qətlə yetirdiyi şəxsin FOTOSU - 15 gün əvvəl ... (YENİLƏNİB)

Tarix :
Rəşadın qətlə yetirdiyi şəxsin FOTOSU - 15 gün əvvəl ... (YENİLƏNİB)

Meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.
Qətlə yetirilən İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
Məlumata görə, İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.
Ötən gecə baş verən mübahisə zamanı Rəşad Dağlı bıçaqla İskəndər Mehtiyevi qətlə yetirib.
Qətlə yetirilən şəxs Rəşad Dağlının sənət yoldaşı, meyxanaçı Ələkbər Yasamallının qohumudur. //apa


*** 09:43
Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.
Hadisəyə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.
R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.