Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

ABŞ Ukraynaya yardım üçün 25 milyon dollar ayıracaq

Tarix :
ABŞ Ukraynaya yardım üçün 25 milyon dollar ayıracaq

ABŞ Ukraynaya qış mövsümü üçün daha 25 milyon dollar yardım ayırır.

Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bildirib.

Sənədə əsasən, ABŞ bu vəsaitin köməyi ilə Ukrayna əhalisinə, ilk növbədə ölkənin şərqində qışa hazırlıq üçün yardımı artıracaq.

Bundan əlavə, USAID-in tərəfdaşı Beynəlxalq Miqrasiya Təşkilatı da qışda ukraynalılara humanitar yardım göstərəcək.

USAİD xatırladıb ki, oktyabrda agentliyin rəhbəri Samanta Pauer qış ərəfəsində Ukraynanın istilik təchizatına 55 milyon ABŞ dolları məbləğində sərmayə yatırılacağını, eləcə də 216 milyon dollar məbləğində humanitar yardım göstəriləcəyini bəyan edib.

USAID-in Ukraynanı qış dövrünə hazırlamaq üçün ümumi yardımı təxminən 271 milyon dollardır.