
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO sammiti öncəsi ABŞ dövlət katibi Entoni Blinkenlə yenidən əlaqə saxlayıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Onlar NATO-nun genişlənməsi və alyansın Vilnüs sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, iyulun 11-12-də keçiriləcək NATO sammitində alyansın bütün ölkələrinin liderləri bir araya gələcək.
