
İspaniya Dövlət Meteorologiya Agentliyi güclü isti səbəbindən krallığın bir sıra vilayətlərində xəbərdarlıq elan edib.
Bu barədə TASS xəbər verir.
Qurum əksər əyalətlərdə sarı (təhlükə) və narıncı (yüksək təhlükə) səviyyəli təhlükə elan edib.
Bundan əlavə, Əndəlus vilayətində həyəcan siqnalı maksimuma - qırmızıya (həddindən artıq təhlükə) qaldırılıb.
Proqnozlara görə, havanın temperaturu 44 dərəcəyə çata bilər.
Madriddə termometr 38 dərəcəyə qalxacaq.
2021-ci ildə Dövlət Meteorologiya Agentliyi İspaniyada yeni temperatur rekordu qeydə alıb. Avqustun ortalarında Montoroda temperatur 47,2 dərəcəyə çatıb.
