Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Nepalda güclü zəlzələ: Ölənlər var

Tarix :
Nepalda güclü zəlzələ: Ölənlər var

Nepalın qərbində 5,6 bal gücündə zəlzələ nəticəsində binanın uçması azı 6 nəfərin həyatına son qoyub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, həlak olanlar bir ailənin üzvləri olublar, onların 5-i uşaqdır.
Daha beş nəfər yaralanıb, onlar hazırda xəstəxanadadırlar. Ölənlərin sayının artacağı istisna edilmir.
Hadisə yerində xilasetmə işləri aparılır.