Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Türkiyənin Vaşinqtondakı səfiri Azərbaycan xalqını Zəfər Gününü münasibətilə təbrik edib

Tarix :
Türkiyənin Vaşinqtondakı səfiri Azərbaycan xalqını Zəfər Gününü münasibətilə təbrik edib

Türkiyənin ABŞ-dakı səfiri Həsən Murat Mərcan Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibəti ilə təbrik edib.

Diplomat "Report”un yerli bürosuna açıqlamasında Azərbaycanın tarixi zəfərinə şahidlik etdiyi üçün xöşbəxt olduğunu söyləyib.

H.Murat bildirib ki, Qarabağın azadlığını, Şuşanın yenidən dirçəlməsini görmək onu xoşbəxt edir: "Zəfərin ikinci ilində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu əziz bayramı Vaşinqtonda bizimlə birlikdə qeyd etməsi bizi daha da məmnunun etdi. Bir millət, iki dövlətin övladları olan Azərbaycan və Türkiyə xalqları bundan sonra hələ çox gözəl günlər yaşayacaqlar. İki qardaş ölkə bərabər daha xoşbəxt günlərin şahidi olacaq.

Ümid edirəm ki, Cənubi Qafqazda bundan sonra da bütün dünyaya örnək olacaq bir mədəniyyətlararası inkişafı təmin edə biləcəyik. Başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm. Zəfərin mübarək olsun Azərbaycan!”.