"Neftçi" bu gün "Srvena Zvezda" komandası ilə qarşılaşacaq

Tarix :
"Neftçi" bu gün "Srvena Zvezda" komandası ilə qarşılaşacaq

Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" bu gün "Match TV" beynəlxalq turnirində ikinci oyununu keçirəcək.
Hazırda baş məşqçisiz olan "ağ-qaralar" Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşacaq.
Sankt-Peterburqdakı "Smena" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək.