Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Kadırovun gizli planı – Putindən sonra...

Tarix :
Kadırovun gizli planı – Putindən sonra...

Çeçenistan lideri Ramzan Kadırov öz təhlükəsizliyi üçün ordusunun əsas hissəsini Ukraynadakı müharibəyə göndərməyib.
UNİAN xəbər verir ki, bunu Çeçen-İçkeriya Respublikasının keçmiş prezidenti Aslan Masxadovun oğlu Anzor Masxadov deyib.
Masxadov deyib ki, Kadırov düşərgələrdə təlim keçdiyi döyüşə hazır hissələrini yanında saxlayır: “Buça, Qostomel, Mariupol uğrunda gedən döyüşlərdə adi piyadalardan istifadə edirdilər ki, onlar əsasən bölüklərdən ibarətdir”.
Politoloq Andrey Piontkovskinin fikrincə, Kadırov öz ordusunu saxlamaq istəyir ki, Rusiya prezidenti Vladimir Putinin hakimiyyəti başa çatdıqdan sonra regionun müstəqilliyi uğrunda mübarizə aparsın.