
“Tesla” və “Space X” şirkətlərinin rəhbəri İlon Mask “Threads” tərtibatçılarını tənqid edib.
O, Mark Zukerberqin “Meta” şirkətini fırıldaqçılıqda ittiham edib. Mask tviter hesabında yazıb:
“Rəqabət yaxşı şeydir, amma fırıldaqçılıq yox”.
Tviter rəhbəri “Meta”nı ticarət sirrini mənimsəməkdə ittiham edib.
Qeyd edək ki, istifadəyə yeni verilən “Threads” tətbiqi bir sutkaya 30 milyondan çox izləyici toplaya bilib.
