Rusiyada Quranı yandıran misirli saxlanıldı

Tarix :
Rusiyada Quranı yandıran misirli saxlanıldı

 Rusiyanın Ulyanovsk vilayətində müsəlmanların müqəddəs kitablarını yandıran əcnəbi vətəndaş saxlanılıb.
Bu  barədə TASS məlumat yayıb. 
Bildirilir ki, Misir vətəndaşı olan şəxs  "Qurani-Kərim"i yandırıb və müsəlmanları təhqir edib. Həmin anları sosial şəbəkə hesabında paylaşan şəxs çox keçməyib ki, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.