Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Əli İnsanovun partiyasında daha bir istefa

Tarix :
Əli İnsanovun partiyasında daha bir istefa

Keçmiş səhiyyə naziri Əli İnsanovun sədrlik etdiyi Haqq və Ədalət Partiyasında (HƏP) istefalar davam edir. 

Qaynarinfo xəbər verir ki, bu dəfə partiya fəalı Nuridə Hidayət istefa verdiyini açıqlayıb. 

"Əziz dostlarım, bacı və qardaşlarım mən təmsil olunduğum Haqq Ədalət Partiyasına bu gündən əlvida deyirəm", deyə Nuridə Hidayət bildirib.

 
Xatırladaq ki, bundan əvvəl HƏP-in sədr müavinləri - İsfəndiyar Vahabzadə və Qüdrət Quliyev partiyadan istefa verdiklərini bəyan etmişdilər.

HƏP 2019-cu ildə Əli İnsanovun təşkilatçılığı ilə yaradılıb. Partiyanın ilk sədri Əli İnsanovu seçilib. Bir neçə gün əvvəl Əl İnsanov özünün və partiyasının Prezident İlham Əliyevi dəstəklədiyini bəyan edib.