Ağ Evdə narkotik tapıldı

Tarix :
Ağ Evdə narkotik tapıldı

ABŞ liderinin iqamətgahı olan Ağ Evdə kokain tapılıb. 
Xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdə naməlum toz aşkarlandıqdan sonra ABŞ prezidentinin əməkdaşları təxliyə edilib.  
Narkotik maddə xüsusi olaraq prezidentin ofisinin, Oval kabinetin, həmçinin vitse-prezidentin, Ağ Evin aparat rəhbərinin, administrasiyanın mətbuat katibinin və yüzlərlə digər əməkdaşların ofislərinin yerləşdiyi Qərb Qanadında tapılıb. 
Hazırda tozun Ağ Evə necə daxil olması ilə bağlı araşdırma aparılır.