Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Keçmiş rektor barəsində cinayət işi açıldı

Tarix :
Keçmiş rektor barəsində cinayət işi açıldı

Ermənistanın İrəvan Tibb Universitetinin keçmiş rektoru Mikael Narimanyana qarşı xüsusi ilə külli miqdarda dövlət əmlakını mənimsəmə faktı üzrə cinayət işi açılıb.
Bu barədə Ermənistan Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, M.Narimanyan ali məktəbə məxsus 39 milyon 600 min dram (98 min 507 dollar) məbləğində əmlakı mənimsəməkdə ittiham olunur.
O, “Navasar” MMC-yə məxsus “Tsovasar” mehmanxana kompleksinin kotteclərini şişirdilmiş qiymətlərə almaqda şübhəli bilinir.
Onun bu cinayəti təhsil müəssisəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri M.S.-nin köməyi ilə törətidiyi qeyd olunub. Həmkarlar təşkilatının rəhbəri barəsində də cinayət işi başlanılıb.
Qeyd edək ki, bu qalmaqallı cinayət işi üzrə istintaq 4 ildir davam edir. /Report