Türkiyəli diplomatın ölümünü sifariş verən PKK-çı məhv edildi

Tarix :
Türkiyəli diplomatın ölümünü sifariş verən PKK-çı məhv edildi

Terror təşkilatı PKK-nın sözdə kəşfiyyatçısı Cəlal Kaya İraqda zərərsizləşdirilib.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilir ki, məhv edilən terrorçu  türkiyəli diplomat Osman Kösenin şəhid olduğu hücumun təşəbbüskarı imiş. 
Qeyd edək ki, diplomat Osman Kösenin 17 iyul 2019-cu ildə Ərbildə PKK hücumu nəticəsində şəhid olub.