
Beynəlxalq Şahmat Federasiyası VAR sistemini şahmatda da tətbiq etmək niyyətindədir.
Bu barədə federasiya açıqlayıb.
FİDE onun himayəsi altında keçirilən turnirlərdə hakimlərə kömək etmək üçün şahmat VAR - idChess-dən istifadə etməyi düşünür.
IdChess şahmat oyunçusu şikayət etdikdə aktivləşdirilir. Hakimin baxış əsasında oyunu dayandırmaq səlahiyyəti olacaq.
Qeyd edək ki, video köməkçi hakim (VAR) daha çox futbolda istifadə edilirdi.
