Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Deputatın obyektini yandıran hərbçi həbs olundu - FOTO

Tarix :
Deputatın obyektini yandıran hərbçi həbs olundu - FOTO

Rusiyanın Kostroma şəhərində yerləşən “Poliqon” kafesini yandıran şəxs həbs olunub.

Yaroslavl Qarnizonu Hərbi Məhkəməsi 23 yaşlı hərbi qulluqçu Stanislav İonkini iki ay müddətinə həbs edib.

O, “Poliqon”da baş verən yanğında təqsirli bilinib.

İstintaqla məlum olub ki, kafenin müştəriləri arasında qalmaqal yaranıb və nəticədə İonkin atəş açıb. Bundan sonra obyektdə güclü yanğın başlayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 49 nəfər müxtəlif xəsarətlərlə tibb müəssisələrinə yerləşdirilib.

Xatırladaq ki, “Poliqon” kafesinin sahibi Kostroma vilayət dumasının deputatı İxtiyar Mirzəyevdir.

  • Deputatın obyektini yandıran hərbçihəbs olundu - FOTO