Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Mariupol yaxınlığında 1500-dən çox yeni məzar tapılıb - Foto

Tarix :
Mariupol yaxınlığında 1500-dən çox yeni məzar tapılıb - Foto

“İşğal olunmuş Mariupol yaxınlığında 1500-dən çox təzə məzar tapılıb. Onlar yazdan bəri böyüyən üç kütləvi məzarlığın ərazisində peyda olublar”.
BBC-nin peyk görüntülərinə istinadən verdiyi məlumata görə, qəbirlər Starıy Krım, Manquş və Vinoqradnoyedə tapılıb.
Qeyd olunur ki, məhz həmin ərazilərdə ruslar Mariupolu işğal edərkən öldürülən ukraynalıların kütləvi qəbiristanlıqları yerləşir.
Fotoların təhlili sayəsində peyk görüntülərinin son tədqiqindən bu yana 1500 qəbirin qazıldığını öyrənmək mümkün olub. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra onların ümumi sayı 4600-ə çatıb.
Qeyd olunur ki, bu, təxmini hesablamadır və rusların hər qəbirdə neçə cəsəd basdırdığı hələlik məlum deyil.
Xatırladaq ki, mayın sonunda Mariupol merinin müşaviri Petr Andryuşşenko Rusiyanın təcavüzü nəticəsində burada 22 min sakinin öldüyünü bəyan edib.