Yunanıstanda seçkiləri uduzan müxalifət lideri istefa verdi

Tarix :
Yunanıstanda seçkiləri uduzan müxalifət lideri istefa verdi

Yunanıstanın əsas müxalifət partiyası, Radikal Sol Qüvvələrin Proqressiv Alyans Koalisiyasının - (SİRİZA - PA) lideri, keçmiş baş nazir Aleksis Çipras tutduğu vəzifədən istefa verib.
Xarici KİV xəbər verir ki, o, bu barədə Afina Konqreslər Sarayında çıxışı zamanı bildirib.
Çipras vurğulayıb ki, iyunun 25-də partiyasının məğlub olduğu parlament seçkilərindən sonra SİRİZA-PA-nın yeni rəhbərliyinin seçilməsi prosedurunun başlanmasına göstəriş verib.
“Mən özüm namizədliyimi irəli sürməyəcəyəm”, - deyə siyasətçi bildirib.
Kiriakos Mitsotakisin rəhbərlik etdiyi sağ mərkəzçi Yeni Demokratiya partiyası bazar günü keçirilən növbədənkənar parlament seçkilərində 40,56% səslə qalib gəlib, ölkənin 300 yerlik birpalatalı parlamentində 158 mandatın əksəriyyətini qazanıb və koalisiyaya ehtiyac olmadan öz hökumətini formalaşdırıb.
Bazar ertəsi prezident sarayında baş nazir, çərşənbə axşamı isə kabinetin bütün digər üzvləri and içib.
Ana müxalifət partiyası, Çiprasın başçılıq etdiyi Radikal Sol Qüvvələrin Proqressiv Alyans Koalisiyası ciddi məğlubiyyətə uğrayaraq, cəmi 17,83% səs toplayıb və parlamentdə cəmi 48 yer qazanıb.