Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukrayna yeni hava hücumundan müdafiə sistemləri aldı

Tarix :
Ukrayna yeni hava hücumundan müdafiə sistemləri aldı

“NASAMS və Aspide hava hücumundan müdafiə sistemləri Ukraynaya çatıb”. 
“Report” xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov tviterdə yazıb.
O bildirib ki, bu silahlar Ukrayna ordusunu gücləndirəcək və ölkənin səmasını daha təhlükəsiz edəcək: “Bizə hücum edən düşmən hədəflərini vurmağa davam edəcəyik.
Nazir bu silahlara görə Ukraynanın tərəfdaşlarına- Norveç, İspaniya və ABŞ-a təşəkkürünü bildirib.