
Ukrayna xarici işlər naziri Dmitri Kuleba və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Bu barədə Kuleba "Twitter"də bildirib.
"Bugünkü telefon danışığımız zamanı mən Yens Stoltenberqə NATO-nun Vilnüs sammitinin uğurlu keçməsi üçün göstərdiyi səylərə görə təşəkkür etdim. Ukrayna NATO-nun bütün müttəfiqləri ilə fəal işləməyə davam edir ki, onları Ukraynanın Alyansa üzvlüyünə dair aydınlıq gətirmək vaxtının gəlib çatdığına inandırsın", - Kuleba bildirib.
