Daha bir ulduz Səudiyyə Ərəbistanını seçdi

Tarix :
Daha bir ulduz Səudiyyə Ərəbistanını seçdi

Səudiyyə Ərəbistanının Birinci Futbol Liqası komandalarından olan "Əl-Əhli” seneqallı qapıçı Eduard Mendini transfer edib.

Bu barədə ərəb klubu elan verib. Açıqlamada İngiltərə təmsilçisi "Çelsi"dən transfer edilən 31 yaşlı qolkiperlə 3 illik müqavilə imzalandığı qeyd olunub.


"Çelsi"nin heyətində 105 oyun keçirən Mendi 2020-21 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub.

Eyni ildə Seneqalın heyətində Afrika Millətlər Kubokunu qazanan təcrübəli qolkiper UEFA və FİFA tərəfindən ilin qapıçısı adına layiq görülüb.