
Novorossiyskdə torpaq işləri zamanı İkinci Dünya müharibəsindən qalan “FAB-250” aviabombası aşkarlanıb.
Bu barədə Novorossiysk administrasiyasının rəhbəri Andrey Kravçenko bildirib.
Partlayıcı obyektin aşkarlandığı ərazi xüsusi nəzarətə götürülüb.
Aviabombanın məhv edilməsi üzrə işləri Rusiya Fövqəladə Hallar Nazirliyinin Don Xilasetmə Mərkəzi aparacaq.
