
Rusiya hökumətinə məxsus İl-96-300 təyyarəsi Moskvanın Vnukovo hava limanından Vaşinqtona uçub.
Bu barədə "Flightradar24" portalında qeyd olunub.
Təyyarə Vaşinqtonun Dalles Beynəlxalq Hava Limanına çatacaq.
Qeyd edək ki, Rusiya xüsusi uçuş heyətinin İl-96-300 təyyarəsindən yüksək rütbəli rusiyalı məmurlar və Kremldən olan jurnalistlər istifadə edir.
