Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Oğru dünyası"nın daha 5 üzvü qandallandı

Tarix :
"Oğru dünyası"nın daha 5 üzvü qandallandı

Gürcüstanın Tbilisi və Sameqrelo bölgələrində “Oğru dünyası” ilə əlaqəli 5 nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə şimal-qərb qonşumuzun Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, saxlanılanlar 1994, 1977, 1982, 1995 və 1964-ci il təvəllüdlü şəxslərdir.
Məlumata əsasən, 1994 və 1977-ci il təvəllüdlü şəxslər “Oğru dünyası”na müraciət etmələrinə, 1982, 1995 və 1964-cü il təvəllüdlü şəxslər isə “Oğru aləmi”nin üzvü olduğuna görə saxlanılıblar.
İstintaq zamanı məlum olub ki, “Oğru dünyası”nın üzvləri cinayət əməllərində fəal iştirak ediblər.
Hətta onların vətəndaşların müraciəti əsasında mübahisə edən tərəflər arasında yaranmış maliyyə mübahisələrini "Oğru qaydaları" ilə müzakirə etdiyi üzə çıxıb.
Bundan başqa, təqsirləndirilən şəxslər gizli dinləmələr təşkil ediblər. Qərarların icrasına şəxsən nəzarət həyata keçiriblər. Eyni zamanda, onlar mübahisə edən tərəflərdən birini mübahisəli məbləği çatdırmağa məcbur ediblər.
Faktla bağlı araşdırma aparılır.