
Bakının Zabrat qəsəbəsində iaşə obyektində partlayış olub.
Hadisə “Gəncə təndiri” adlanan məkanda qeydə alınıb.
Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü həmin obyektin işçisi, 1-i müştəridir.
DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda araşdırma aparılır.
İlkin məlumata görə, hadisəyə səbəb qaz balonunun partlaması olub.
