“Ermənistanla danışıqların növbəti raundu üçün görüşlər sabah başlayacaq” - XİN sözçüsü

Tarix :
“Ermənistanla danışıqların növbəti raundu üçün görüşlər sabah başlayacaq” - XİN sözçüsü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla danışıqların növbəti raundunda iştirak etmək üçün ABŞ-yə işgüzar səfər edib.
 
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə apa-ya bildirib ki, danışıqların növbəti raundu üçün görüşlərin sabah keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.
Tərəflər arasında son görüş mayda keçirilib.