
Bu gün gecə saatlarında Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Apa xəbər verir ki, qəza rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib.
Belə ki, 71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 5 nəfər ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
