
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill həmvətənlərinə müraciət edib.
Interfax xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putinin ölkədə iğtişaşların qarşısını almaq üçün səylərini dəstəklədiyini bildirib.
Patriarxın müraciətində deyilir: "Hərbi qarşıdurma bizdən daha çox milli birliyi qorumağa, Tanrıya dua etməyə, bütün gücümüzlə əsgərlərə və bir-birimizə dəstək olmağa çağırdığımız bir sınaqdır".
