
Dünyanın hər yerindən Həcc fərzini yerinə yetirmək üçün müqəddəs torpaqlarda olan müsəlmanlar Qurban bayramı öncəsi son cümə namazını qılmaq üçün Kəbəyə axışıblar. Vaxtı çatanda on minlərlə zəvvar Məscidül-Həramda namaz qılmaq üçün dayanaraq Kəbə imamının xütbəsinə qulaq asıb. Səudiyyə Ərəbistanı Pasportlar Baş İdarəsi tərəfindən dünən verilən açıqlamada həcc ziyarəti üçün xaricdən gələn zəvvar namizədlərinin sayının 1 milyon 499 min 472-yə çatdığı bildirilib.
