Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu ölkədə 25 min nəfər axtalanıb - Aralarında uşaqlar da var

Tarix :
Bu ölkədə 25 min nəfər axtalanıb - Aralarında uşaqlar da var

Yaponiyada irsi xəstəlikləri olan insanlar 1948-ci ildə qəbul olunan qanun çərçivəsində axtalanıb. 
Bakupost.az xəbər verir ki, "sterilləşdirilən" 25 min nəfərdən 16 mininin icazəsiz əməliyyat edildiyi üzə çıxıb. 
Bu barədə İkinci Dünya Müharibəsindən sonra - 1948-ci ildə qəbul edilən “Yevgenik Mühafizə Qanunu” çərçivəsində sonsuzlaşdırılanların müəyyən edilməsi üçün hazırlanan hesabatda qeyd olunub: 
“25 min insan axtalandı. Müxtəlif fiziki və idrak qüsurlarına görə 16 min nəfər icazəsiz əməliyyat olunub”. 
İrsi xəstəlik səbəbindən 9 yaşlı iki uşağın da axtalandığıbildirilib. 
Qeyd edək ki, sözügedən qanun gələcəkdə insanların daha keyfiyyətli genetikaya sahib olmasını hədəfləyib. Buna görə də yalnız sağlam insanların övlad sahib olmasına icazə verilməsini nəzərdə tutub. 
Yevgenika qanunu 1900-cü illərin əvvəllərində bir sıra ölkələr tərəfindən qəbul edilib. 
Aktivistlər hesabatdakı məlumatlara görə hökumətə etiraz ediblər. Bu səbəbdən 1996-cı ildə Yaponiyada sözügedən qanun ləğv edilib.