Yeni 1 manatlıqlar tədavülə buraxılacaq

Tarix :
Yeni 1 manatlıqlar tədavülə buraxılacaq

Yanvar ayından yeni 1 manatlıqlar tədavülə buraxılacaq.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Sədr bildirib ki 1 manatlıq əskinaslar köhnəlib: 

"Yanvar ayından Mərkəzi Bank sədrinin imzası ilə yeni 1 manatlıq əskinaslar tədavülə buraxılacaq".