
Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının aviasiyası dağlıq ərazidə təlim uçuşları həyata keçirib.
Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Təlimlərdə “Mi-8MTV-5” hərbi-nəqliyyat və “Ka-52” kəşfiyyat-hücum helikopterlərinin ekipajları və “MiQ-29“ çoxməqsədli əməliyyat-taktiki qırıcılarının pilotları dağ-dərə ərazisində müxtəlif tapşırıqlar yerinə yetiriblər.
