Bu barədə M.Mənsimovun köməkçisi Fidan Quliyeva Feysbuk profilində paylaşım edib.
Bildirilib ki, cənazə namazında Qurban Mənsimovun övladları, Mənsimovlar ailəsinin dostları, həmçinin iş, sənət və siyasət adamları iştirak ediblər.
Xatırladaq ki, Qurban Mənsimov ötən gün İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Cənazə artıq Bakıya yola salınıb. Bugün saat 18:00-da Qurban Mənsimov Keşlə qəbirstanlığında torpağa tapşırılacaq. İş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərar hələ də qüvvədə olduğu üçün Mübariz Mənsimov atasının Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək.












