Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

I Qarabağ müharibəsindən indiyə qədər 3342 nəfər mina partlayışlarında həlak olub

Tarix :
I Qarabağ müharibəsindən indiyə qədər 3342 nəfər mina partlayışlarında həlak olub


“Ermənilər qəbiristanlıqları, su kanallarının, bulaqların ətrafını, bağları, əkin sahələrini minalayıb”.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Onun sözlərinə görə, bundan başqa, dəmir yolları, elektrik xəttlərinin altından gedən yollar minalanıb:
“Bu, məhz mülki insanların məhv olmasına hesablanmış minalardır. Birinci Qarabağ müharibəsindən indiyə qədər 3342 insan mina partlayışlarının qurbanı olub. Həmin insanlardan 357-si uşaq, 38-i qadın olub. 131 hadisədə beynəlxalq konvensiyada qadağan olunmuş klaster silahlarının partlaması baş verib”.