İmişlidə “Mercedes” VAZ-la toqquşdu: Ölən var

Tarix :
İmişlidə “Mercedes” VAZ-la toqquşdu: Ölən var

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə İmişli şəhərininin Heydər Əliyev prospektində “Mercedes” markalı avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub.
Nəticədə VAZ-2106 markalı avtomobildə olan sərnişin, şəhər sakini - 1974-cü il təvəllüdlü Cəfərova Bənövşə Nəriman qızı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.