Bu ölkədə şirkətlərin idarə heyəti üzvlərinin azı 40%-ni qadınlar təşkil etməli olacaqlar

Tarix :
Bu ölkədə şirkətlərin idarə heyəti üzvlərinin azı 40%-ni qadınlar təşkil etməli olacaqlar

Norveçdə hökumət iri və orta şirkətlərin idarə heyəti üzvlərinin ən azı 40 faizinin qadın olmasını tələb edən qanun layihəsi təqdim edib.
Xarici mətbuat xəbər verir ki, qanun layihəsinin məzmununu Norveçin ticarət və sənaye naziri Yan Kristian Vestre mətbuat konfransında açıqlayıb:
"Norveç dünyada bu istiqamətdə addım atan ilk ölkə oldu", - deyə Vestre bildirib.
Qanun layihəsi təsdiqlənərsə, ölkənin 20 min iri və orta şirkətinin 2028-ci ilə qədər idarə heyəti üzvlərinin ən azı 40 faizini qadınlar təşkil etməli olacaq.