Deputat dərmanlar üçün ƏDV-nin ləğvini təklif edib

Tarix :
Deputat dərmanlar üçün ƏDV-nin ləğvini təklif edib

Ölkəyə gətirilən dərman vasitələri üçün tələb olunan ƏDV-lərin ləğvi təklif olunur.
Bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin bügünkü iclasında deputat İlham Məmmədov çıxış edib.
O bildirib ki, 100 manatlıq dərman vasitəsi üçün 18 manat ƏDV ödəməli olurlar:
"Faktiki olaraq da məhsul bazara çıxmamış artıq 118 manat olur. Bu da istər-istəməz həmin dərmanların ölkəyə gətirilməsi üçün marağı azaldır. Gələcəkdə bu sahədə müvafiq addımların atılması ilə böyük miqdarda boşluqların ortadan qaldırılmasına və ölkədəki dərman qıtlığının aradan qaldırılmasına təsir göstərmiş olarıq”.