
“Amazon” təqiblərdən qaçan insanlara kömək etmək üçün geniş təşəbbüsün bir hissəsi kimi Avropada 5000 ukraynalı və digər qaçqını işə götürməyi vəd edib.
Xarici KİV xəbər verir ki, “Hilton”, “Adecco” və “Microsoft” da iş və ya karyera dəstəyi vəd edən şirkətlər arasındadır.
Məlumata görə, öz ölkələrindən qaçqın düşənlərin sayı rekord həddə - 110 milyona çatıb.
Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas qaçqınların iş tapa bilmədiyini bildirib.
Rusiyanın Ukraynaya hücumundan sonra Avropada yaşayan ukraynalı qaçqınların sayı 5,9 milyonu ötüb.
Milyonlarla insan Suriya, Sudan və Əfqanıstan kimi ölkələrdəki qarşıdurmalardan və zülmlərdən sonra qaçqın vəziyyətinə düşüb.
Bu təşkilatın təşəbüsü ilə “Amazon”, “Hilton” və “Marriott” kimi böyük firmalar növbəti üç il ərzində 13680 ukraynalı və digər qaçqını işə götürməyi öhdələrinə götürüblər.
