
"Ötən gündən etibarən xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu daha bir il uzadılıb".
Bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib.
O bildirib ki, xarici ölkədə təhsil alan həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu 2024-cü ilin davam edəcək: “Bu qərar əhalinin icbari tibbi sığorta çərçivəsində xidmətlərə çıxış imkanını genişləndirməyə, TƏBİB daxilindəki kadr çatışmazlığının aradan qaldırılmasına, xarici üsulların səhiyyəmizdə tətbiq edilməsinə imkan yaradır”.
