Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib - YENİLƏNİB

Tarix :
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib - YENİLƏNİB

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.
“Report”un məlumatına görə, ilk olaraq 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi yarımfinalda macarıstanlı Attila Unqvariyə qalib gəlib. O, qızıl medal uğrunda belçikalı Mattihas Kasse ilə görüşəcək. 
73 kq-dakı Hidayət Heydərov ispaniyalı Salvador Rokaya qalib gələrək finalda kanadalı Artur Margelidona rəqib olub. 
Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andreya Leskiyə yenilib. 
Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıblar.
09:58
Bu gün Azərbaycanın daha 12 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev və Vüsal Qələndərzadə tatamiyə çıxacaqlar.
81 kq-da Səid Mollayi, Elcan Hacıyev, Zelim Tçkayev və Ömər Rəcəbli medal qazanmağa çalışacaqlar.
Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı ilə Nərgiz Hacıyeva, 70 kq-da isə Südabə Ağayeva və Günel Həsənli qüvvələrini sınayacaqlar.
Böyük Dəbilqə
73 kq
Rüstəm Orucov - Ertur Turdubayev (Qırğızıstan) / Keysei Nakano (Filippin) cütünün qalibi
Hidayət Heydərov - Marçin Kovalski (Polşa)
Telman Vəliyev - Daniyar Şamşayev (Qazaxıstan)
Vüsal Qələndərzadə - Abubakr Şerov (Tacikistan)
81 kq
Səid Mollayi - Alfonso Urquiza (İspaniya)
Elcan Hacıyev - Cakomo Qamba (İtaliya)
Zelim Tçkayev - Mustafa Hebib (Bosniya və Herseqovina)
Ömər Rəcəbli - Attila Unqvari (Macarıstan)
63 kq
Aytac Qardaşxanlı - Samalay Yergaliyeva (Qazaxıstan)
Nərgiz Hacıyeva - Habibe Afyonlu (Türkiyə)
70 kq
Südabə Ağayeva - Martina Espozito (İtaliya)
Günel Həsənli - Luisa Bonilla (Kolumbiya)
Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıblar.