Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Rusiya nüvə müharibəsində qalib olmayacaq" - NATO

Tarix :
"Rusiya nüvə müharibəsində qalib olmayacaq" - NATO

Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi riski azdır, lakin NATO bunu ciddi qəbul edir.
Bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib. 
"Lakin nəticələri böyük olacaq, ona görə də biz buna çox ciddi yanaşırıq", - deyə baş katib bildirib. 
O, Moskvanı ehtiyatsız və məsuliyyətsiz davranışda ittiham edib. Onun sözlərinə görə, nüvə silahından istifadə münaqişənin xarakterini dəyişəcək: "Rusiya nüvə müharibəsində qalib olmayacaq. Bu mesajı aydınlaşdırırıq. Rusiyanın nüvə mövqeyi dəyişməyib".