
Bu gün səhər saatlarında ailə üzvləri tort yeyiblər. Bir müddətdən sonra səhhətlərində problem yaranıb, özlərini pis hiss ediblər.
Təcili tibbi yardım xidmətinin köməyi ilə ikisi azyaşlı olmaqla ailənin 5 üzvü: 1959-cu il təvəllüdlü Ənivəs Əli qızı Babayeva, 1983-cü il təvəllüdlü Marifə Adıgözəl qızı Babayeva, 1990-cı il təvəllüdlü Zamin Səfaddin oğlu Babayev, 2016-cı il təvəllüdlü Xədicə Zamin qızı Babayeva və 2018 -ci il təvəllüdlü Mətləb Zamin oğlu Babayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlara ilkin olaraq zəhərlənmə diaqnozu qoyulub və lazımı tibbi yardım göstərilib. İlkin məlumata görə ailə üzvləri 3 gün əvvəl bişirilən şirniyyatdan istifadə ediblər. Zəhərlənmənin istifadə olunan ərzaq məhsullarının keyfiyyətsiz olması və ya şirniyyatın saxlanmasına düzgün riayət edilməməsi səbəbindən baş verdiyi ehtimal edilir.
Hazırda xəstələrin müalicəsi davam etdirilir.
