Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Nazpəri: “Artıq sənətə qayıtmışam“

Tarix :
Nazpəri: “Artıq sənətə qayıtmışam“

"Məlum səbəblərdən toylara getmirdim. Amma mən gördüm ki, bu müddətdə tamaşaçılarımın sevgisi daha da artdı".
Moderator xəbər verir ki, bunu Xalq artisti Nazpəri Dostəliyeva deyib.
O əlavə edib: "Onlar məni qoymadılar ki, sənətdən uzaqlaşım. Mənə ruh verdilər, elə sözlər dedilər ki. Bu bir tərəfə bükülüb, atılası sənət deyil axı. Ailəvi dostumuzun toyunda çıxış etdim, daha sonra da dəvət olunduğum toylara getdim. Allah xalqımıza hər zaman gözəl toylar nəsib etsin. Hər bir ana öz övladının toyunda qol qaldırıb oynasın".
Xalq artisti son yeniliklərindən də danışıb:  "Şəhidlər üçün çox mahnılar oxumuşam. Bəzilərinin sözlərini elə həmin şəhidlərin ailə üzvəri - anaları, həyat yoldaşları yazıb. Mən də onu bəstəkarlara təqdim edib, hazırlamışam. Bir neçə mahnılarım da var, lentə almalıyam. Müğənni Tunar da həyatıma həsr etdiyi mahnı var. Mən artıq sənətə qayıtmışam, gücümü bir daha göstərməliyəm. Tamaşaçılar üçün yaşayıb, onlar üçün oxumalıyam", - deyə sənətkar bildirib.