Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyada əyləncə mərkəzini yandıran şəxs tutuldu - 15 ölü (YENİLƏNİB-3)

Tarix :
Rusiyada əyləncə mərkəzini yandıran şəxs tutuldu - 15 ölü (YENİLƏNİB-3)

Rusiya hüquq-mühafizə orqanları Kostromada "Poliqon" gecə klubunda baş vermiş yanğının səbəbkarını saxlayıb. 
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. 
"Polis əməkdaşları Kostroma şəhərindəki əyləncə məkanlarından birində yanğın və insanların ölümü ilə nəticələnən qanunsuz hərəkətdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar", - açıqlamada deyilir.
Qeyd olunub ki, Kostroma klubunda baş verən yanğının səbəbkarı olduğu iddia edilən şəxs istintaq orqanlarına təhvil verilib.
Oonu da deyək ki, yanğın nəticəsində 15 nəfər ölüb, 5 nəfər yaralanıb. 4 nəfərdən isə hələ də bir xəbər yoxdur. 
xxx
11:23
Rusiyanın Kostroma şəhərində "Poliqon" əyləncə mərkəzində baş verən yanğında  15 nəfər həlak olub.
Bu barədə Kostroma vilayətinin fövqəladə hallar idarəsi məlumat yayıb.
xxx
10:19
Xəbər verdiyimiz kimi, Rusiyanın Kostroma şəhərinin "Poliqon" əyləncə mərkəzində güclü yanğın baş verib. 
TASS verdiyi xəbərə görə, ölənlərin sayı 13 nəfərə çatıb. 
Fövqəladə hallar xidmətindən bildirilib ki, daha dörd nəfər yaralanıb.
Yanğın nəticəsində insanların ölməsi faktı ilə bağlı ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.
xxx
09:51
Rusiyanın Kostroma şəhərindəki əyləncə mərkəzində baş verən yanğında ölənlərin sayı 8 nəfərə çatıb. 
Bu barədə Rusiyanın Təcili yardım xidmətləridən məlumat verilib. 
Məlumata görə, yanğına pirotexniki vasitələrdən istifadə səbəb olub: "Yanğın ovçu-raket qurğusunun buraxılmasından sonra başlayıb". 
Hüquq-mühafizə orqanları əlavə edib ki, raketatandan istifadə edən müştəri axtarışa verilib.
Ağarza Elçinoğlu 
xxx
08:39
Rusiyanın Kostroma şəhərində yerləşən əyləncə mərkəzlərinin birində baş verən güclü yanğın beş nəfərin ölümünə səbəb olub.
Rusiya mətbuatı xəbər verir ki, yanğın noyabrın 5-nə keçən gecə baş verib və 3,5 min kvadratmetr ərazini əhatə edib.
Yanğına beş ballıq şkala ilə 3-cü dərəcəli çətinlik dərəcəsi verilib.